İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ölkənin 2032-ci il Avropa çempionatına ev sahibliyi ilə bağlı hazırlığı ilə bağlı narahatlığını bildirib.
İdman.biz xatırladır ki, bu turnirə İtaliya və Türkiyə ev sahibliyi edəcək.
"İtaliya geridə qalır. Son 15 ildə bizdə cəmi 6 stadion tikilib və ya yenidən qurulub. Fransada bu rəqəm 12, Türkiyədə isə 33-dür.
"AVRO 2032" stadionları yeniləmək üçün unikal şansdır, lakin biz bunu əldən vermək riski ilə üzləşirik. Müasir arenalara və dövlət dəstəyinə ehtiyacımız var. Şəxsi müəssisələr kömək etməyə hazırdırlar, lakin prosedurun özünü sadələşdirmək lazımdır. Prosesi sürətləndirəcək xüsusi səlahiyyətlərə malik komissar olmasa, biz bu gözəl fürsəti əldən vermə riski ilə üzləşirik”, - Qravina deyib