“Nant” klubu yeni baş məşqçi təyin edib

Xəbərlər
11 Dekabr 2025 19:33
47
“Nant” klubu yeni baş məşqçi təyin edib

Fransanın “Nant” futbol klubu yeni baş məşqçi təyin edib.

İdman.Biz bildirir ki, klubu Əhməd Kantari çalışdıracaq.

Onun klubla müqaviləsi ilin sonuna qədərdir və Luis Kastronun yerinə təyin olunub. Kantari klubla tanışdır, 2025-ci ilin ilk yarısında o vaxtkı məşqçi Antuan Kombuarenin köməkçisi vəzifəsində çalışıb.

Fransa yüksək liqasında oynanılan 15 oyundan sonra “Nant” 11 xalla 17-ci yerdədir. Komanda hazırda çempionatın autsayderlərindən biridir və əlavə meyarlara görə yalnız “Mets”i qabaqlayır.

“Nant” Kantari rəhbərliyi altında ilk oyununu bu cümə, 12 dekabrda keçirəcək. Klub 16-cı turda “Anje” ilə qarşılaşacaq.

İdman.Biz