UEFA Çempionlar Liqası: "Qarabağ" "Ayaks"a məğlub oldu - YENİLƏNİB + VİDEO

Xəbərlər
10 Dekabr 2025 23:38
660
UEFA Çempionlar Liqası:  "Qarabağ" "Ayaks"a məğlub oldu - YENİLƏNİB + VİDEO

"Qarabağ" - "Ayaks" matçı başa çatıb.

İdman.Biz bildirir ki, oyun Niderland klubunun qələbəsi ilə bitib - 2:4.

23:32

"Qarabağ" - "Ayaks" matçında hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 83-cü dəqiqədə Qloux niderlandlıların dördüncü qoluna imza atıb - 2:4.

23:25

"Qarabağ" - "Ayaks" matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 83-cü dəqiqədə Qoei niderlandlıları irəli çıxarıb - 2:3.

23:21

"Qarabağ" - "Ayaks" matçında yenidən hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 79-cu dəqiqədə Qloux bərabərlik qolunu vurub - 2:2.

22:50

"Qarabağ" - "Ayaks" matçında Ağdam klubu irəli çıxıb.

İdman.Biz bildirir ki, 47-ci dəqiqədə Mateus Silva ikinci qolu vurub - 2:1.

22:48

"Qarabağ" - "Ayaks" matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab bərabərdir - 1:1.

22:32

"Qarabağ" - "Ayaks" matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab bərabərdir - 1:1.

22:25

"Qarabağ" - "Ayaks" matçında hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 41-ci dəqiqədə Dolberq niderlandlıların qoluna imza atıb.

21:56

"Qarabağ" - "Ayaks" matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 10-cu dəqiqədə Kamilo Duran Ağdam klubunu irəli çıxarıb.

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turu çərçivəsində "Qarabağ" - "Ayaks" matçı start götürüb.

İdman.Biz bildirir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

20:41

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, komandalar saat 21:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

Baş məşqçi: Qurban Qurbanov

“Ayaks”: 1. Vitezslav Yaroş, 2. Lukas Rosa, 15. Yuri Baas (k), 30. Aaron Bouvman, 3. Anton Qaaey, 48. Sean Steur, 4. Ko İtakura, 24. Yorti Mokio, 7. Raul Moro, 10. Oskar Qlux, 9. Kasper Dolberq

Baş məşqçi: Fred Qrim

09:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 21-də doğma meydanda “Ayntraxt Frankfurt” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.

İdman.Biz
Məqalədə: