19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümünün UEFA U-19 Avropa çempionatının seçmə mərhələsində ardıcıl ikinci ağır məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, B Liqasının ikinci seçmə mərhələsində mübarizə aparan yığmamız bu dəfə Serbiya millisi ilə qarşılaşıb.
Serbiyanın Pançevo şəhərindəki “Mladost” İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi iki qarşılaşmada ümumilikdə 11 qol buraxıb və rəqib qapılarına cəmi iki dəfə yol tapıb.
Xatırladaq ki, komandamız noyabrın 11-də baş tutan ilk görüşündə Monteneqroya 2:7 hesabı ilə məğlub olmuşdu. Həmin qarşılaşmada millimizin qollarını Əli Əliyev və Məhəmməd Çodarov vurmuşdular.
Beləliklə, Azərbaycan yığması Serbiyada keçirilən seçmə mərhələdə hələlik xal qazana bilməyib.
Millimiz qrupdakı son oyununu noyabrın 17-də Farer adalarına qarşı keçirəcək. Belqrad şəhərindəki “Vojdovats” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
