AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” klubunun şikayətini təmin etməyib

Xəbərlər
11 Dekabr 2025 19:04
44
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” klubunun şikayətini təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən “Lənkəran” klubunun şikayətini təmin etməyib.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, şikayət “Lənkəran”ın oyunçusu Şahin Ağayevlə bağlı olub.

Belə ki, noyabrın 16-da “Salyan OİK”lə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası qüvvədə saxlanılıb.

Kluba Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

İdman.Biz