38 yaşlı “İnter Mayami” hücumçusu Lionel Messinin bazar dəyəri 3 milyon avro ucuzlaşıb və Transfermarkt-dakı son yeniləmədən sonra hazırda 15 milyon avro dəyərində qiymətləndirilir.
İdman.Biz bildirir ki, argentinalı futbolçunun ən yüksək dəyəri 2018-ci ildə, “Barselona”da oynadığı dövrdə 180 milyon avro olub.
Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 88 oyunda meydana çıxıb, 77 qol vurub və 44 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir. 2025-ci ildə Messi “İnter Mayami” ilə MLS Kubokunu qazanıb.
