UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunun simvolik heyəti açıqlanıb.
İdman.Biz bu barədə turnirin rəsmi saytına istinadən bildirir.
Simvolik heyət belədir:
Qapıçı: Unai Simon (“Atletik Bilbao”).
Müdafiəçilər: Niko O'Reyli (“Mançester Siti”), Məhəmməd Salisu (“Monako”), David Qansko (“Atletiko Madrid”), Jül Kunde (“Barselona”).
Yarımmüdafiəçilər: Lenart Karl (“Bavariya”), Riçard Rios (“Benfika”), Şarl De Ketelaere (“Atalanta”).
Hücumçular: Entoni Qordon (“Nyukasl Yunayted”), Meyson Qrinvud (“Marsel”), Noni Madueke (“Arsenal”).
Çempionlar Liqasının altı oyunundan sonra turnir cədvəlinə 18 xalla “Arsenal” başçılıq edir. İlk 4-lükdə həmçinin “Bavariya” (15 xal), PSJ (13) və “Mançester Siti” (13) yer alır.
“Qarabağ” 7 xalla 22-ci yerdədir.
