8 il sonra “Qarabağ” Azərbaycan futbolu tarixində ikinci dəfə Çempionlar Liqasının əsas turnirinə vəsiqə qazanıb.
İdman.biz Haqqin.az-a istinadən xəbər verir ki, sözün əsl mənasında bir neçə gün keçəndən sonra heyranlıq qəzəblə, eləcə də klub rəhbərliyinə ünvanlanmış təhqirlərlə əvəz olunub.
Buna səbəb transfer pəncərəsinin bağlanmasından əvvəl son günlərdə hücumun gücləndirlməməsi olub. Azarkeşlər ümid edirdilər ki, klubun Çempionlar Liqası üçün heç olmasa bir hücumçu almağa vaxtı olacaq. Son ana qədər "Qarabağ"ın forvard almaq və ya icarəyə götürmək üçün bir neçə variantı var idi, lakin bu, alınmadı. Eyni zamanda, Ağdam klubu yayda bir çox transfer sövdələşmələri etsə də, məhz hücumu gücləndirə bilməyib.
Nəticədə “Qarabağ”ın Çempionlar Liqası üçün yekun ərizəsinə cəmi üç nominal hücumçu daxil edilib: Nəriman Axundzadə, Musa Qurbanlı və Emmanuel Addai. Bundan sonra sosial şəbəkələrdə kluba misli görünməmiş hücum başlanıb. Azarkeşlər ağdamlıları xəsislikdə ittiham ediblər. Çoxları “Qarabağ”ın Çempionlar Liqasında artıq 24 milyon avroya yaxın gəlir əldə etməsindən, həmçinin Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat almasından yazır, onların fikrincə, “klub çox ciddi rəqiblərlə qarşıdakı oyunlarda özünü biabır etməyə məhkum edərək, futbolçulara pul xərcləmək istəmir”.
Bu gün “Qarabağ”ın prezidenti Tahir Gözələ bu mövzuda sual verilib. “Biz baş məşqçi Qurban Qurbanovun transferi üçün hər cür şərait yaratmışıq”, – deyə Ağdam klubunun rəhbəri cavab verib.
"Amma klublar futbolçuları buraxmaq istəmir. Futbolçunun qiyməti 1 milyon avrodur və onun üçün məsələn, 8 milyon istəyirlər. Qurban Qurbanov Çempionlar Liqasında hər kəsdən çox uğurlu oynamaq istəyir. Amma bu cür transferlər sadəcə olaraq klubu dağıda, komanda daxilində ab-havanı poza bilər. Futbolçu almaq maşın almaq kimi deyil. Bu, mürəkkəb bir prosesdir. Hücumçu almaq üçün hər şeyi etdik, amma alınmadı. Əlimizdə olan qüvvələrlə oynayacağıq. Biz mümkün olan hər şeyi edəcəyik. Bizim üçün əsas olan birlikdir”, - Gözəl bildirib.
İdman.biz