“Neftçi” “Şahdağ Qusar” üzərində inamlı qələbə qazanıb

8 Avqust 2026 21:15
91
“Neftçi” “Şahdağ Qusar” üzərində inamlı qələbə qazanıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

İdman.Biz xəbər verir ki, Bakı klubu I Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.

“Palms Sports” Futbol Mərkəzində baş tutan görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.

Qeyd edək ki, “Neftçi” 1-ci turda “Sumqayıt”ın qonağı olacaq. İlk turun görüşləri 14-17 avqust tarixlərində keçiriləcək.

İdman.Biz