Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
İdman.biz xəbər verir xəbər verir ki, gün ərzində 8 qarşılaşma baş tutub.
A və E qruplarında ilk qarşılaşmalar keçirilib.
Günə Qazaxıstanda start verilib. Qazaxıstan millisi Uelsi qəbul edib. Oyunda hesabı 24-cü dəqiqədə qonaqların oyunçusu Kifer Mur açıb - 0:1. Oyun bu hesabla da başa çatıb.
E qrupunda Türkiyə Gürcüstanın qonağı olub. Oyunda hesabı 3-cü dəqiqədə Mert Müldür açıb. 41-ci dəqiqədə Kərəm Aktürkoğlu hesab arasındakı fərqi iki topa çatdırıb. Fasilədən sonra Aktürkoğlu 52-ci dəqiqədə oyunda özünün ikinci topunu vurub. 63-cü dəqiqədə isə meydan sahiblərindən Davitaşvili hesab arasındakı fərqi azaldıb - 1:3. 90+8-də isə Kvartsaxeliya oyunda son qolu vurub - 2:3.
G qrupunda Litva və Malta milliləri üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə başa çatıb. Həmin qrupdakı digər oyunda Niderland Polşanın müqavimətini qıra bilməyib 1:1.
Günün maraqlı qarşılaşmalarından biri Bolqarıstanda olub. Burada son Avropa çempionu yerli yığmanı ciddi şəkildə məyus edib - 3:0.
Turun ən sensasiyalı nəticəsi isə Slovakiyada qeydə alınıb. E qrupunun oyununda Slovakiya Almaniyadan üstün olub - 2:0.
J qrupundakı Lixtenşeyn - Belçika görüşü gözlənildiyi kimi qonaqların qələbəsi ilə bitib - 6:0.
Və nəhayət A qrupunun Lüksemburq - Şimali İrlandiya qarşılaşmasında da qonaqlar qalib gəliblər - 3:1.
DÇ-2026-nın seçmə mərhələsi
4 sentyabr
J qrupu
18:00 Qazaxıstan – Uels - 0:1
Qollar: Mur (24)
22:45 Lixtenşteyn – Belçika - 0:6
Qollar: Keyper (29), Tilemans (46, 70 (P)), Teate (60), De Bruyne (62), Fofana (90+1)
|
1 |
Uels |
5 |
3 |
1 |
1 |
11-6 |
10 |
|
2 |
Şimali Makedoniya |
4 |
2 |
2 |
0 |
6-2 |
8 |
|
3 |
Belçika |
3 |
2 |
1 |
0 |
11-4 |
7 |
|
4 |
Qazaxıstan |
4 |
1 |
0 |
3 |
3-5 |
3 |
|
5 |
Lixtenşteyn |
4 |
0 |
0 |
4 |
0-14 |
0 |
E qrupu
20:00 Gürcüstan – Türkiyə - 2:3
Qollar: Davitaşvili (63), Kvartsaxeliya (90+8); Mert Müldür (6), Kərəm Aktürkoğlu (41, 52)
22:45 Bolqarıstan – İspaniya - 0:3
Qollar: Oyarsabal (5), Kukurelya (30), Merino (38)
|
1 |
İspaniya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
2 |
Türkiyə |
1 |
1 |
0 |
0 |
3-2 |
3 |
|
3 |
Gürcüstan |
1 |
0 |
0 |
1 |
2-3 |
0 |
|
4 |
Bolqarıstan |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
G qrupu
20:00 Litva – Malta - 1:1
Qollar: Gineytis (90+7); Satariano (83
22:45 Niderland – Polşa - 1:1
Qollar: Dyumfris (28); Keş (80)
|
1 |
Finlandiya |
4 |
2 |
1 |
1 |
5-5 |
7 |
|
2 |
Niderland |
3 |
2 |
1 |
0 |
11-1 |
7 |
|
3 |
Polşa |
4 |
2 |
1 |
1 |
5-3 |
6 |
|
4 |
Litva |
4 |
0 |
3 |
1 |
3-4 |
3 |
|
5 |
Malta |
5 |
0 |
2 |
3 |
1-12 |
1 |
A qrupu
22:45 Slovakiya – Almaniya - 2:0
Qollar: Qantsko (42), Strelets (55)
22:45 Lüksemburq – Şimali İrlandiya - 1:3
Qollar: Dardari (30); Reid (7), Çarlz (46), Devenni (70)
|
1 |
Şimali İrlandiya |
1 |
1 |
0 |
0 |
3-1 |
3 |
|
2 |
Slovakiya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
3 |
Lüksemburq |
1 |
0 |
0 |
1 |
1-3 |
0 |
|
4 |
Almaniya |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |
Qeyd edək ki, Azərbaycan millisi də sabah seçmə mərhələdə ilk oyununa çıxacaq. Fernandu Santuşun komandası İslandiyanın qonağı olacaq.
İdman.biz
