Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə görüşləri üçün Fernandu Santuşun açıqladığı siyahıda yer almayan Rüfət Abdullazadə bununla bağlı fikrini bildirib.
İdman.biz xəbər verir ki, Xorvatiyanın “Varajdin” klubunun heyətində çıxış edən azərbaycanlı futbolçu milliyə dəvət edilməməsi ilə bağlı Sportal.az-a açıqlama verib.
Abdullazadə vurğulayıb ki, milli komandaya dəvət edilməmək bir az üzücüdür: "Amma mən daim çalışıram ki, öz üzərimdə işləyim. Mənim işim məşqdə və meydanda maksimum etməkdir. Digər qərarları isə məşqçilər korpusu var”.
Qeyd edək ki, Rüfət Abdullazadə yayda “Varajdin”ə keçib. Onun klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
İdman.biz