Avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Sietldəki (ABŞ, Vaşinqton ştatı) "Lumen Fild" arenasında yerli "Sietl Saunders"lə "İnter Mayami" komandaları arasında Liqa Kubokunun final oyunu başa çatıb.
İdman.biz xəbər verir ki, meydan sahibləri rəqibini 3:0 hesabı ilə darmadağın edərək yarışın qızıl medallarına sahib çıxıblar. Bu, onların turnir tarixində ilk tituludur.
Qarşılaşmada "qəhrəmanlar"ın məşhur hücumçuları Lionel Messi və Luis Suares qol vura bilməyib. Komandanın digər ulduz futbolçuları Xordi Alba, Rodriqo De Paul və Serxio Buskets də görüşü qolsuz başa vurublar.
MLS + MX Liqa Kuboku.
Final
01 sentyabr 2025, bazar ertəsi.
04:00. Sietl Saunders (ABŞ) - "İnter Mayami" (ABŞ) - 3:0
Qollar: Osaz De Rosario - 26, Aleks Roldan - 84, Pol Rotrok - 89.
Bürünc medal uğrunda görüşdə "Los Anceles Qalaksi" "Orlando Siti"ni məğlub edib - 2:1.
MLS + MX Liqa Kuboku. Üçüncü yer üçün
01 sentyabr 2025, bazar ertəsi.
01:00. Los Anceles Qalaksi (ABŞ) - Orlando Siti (ABŞ) - 2:1
Qollar: 1:0 Marko Roys - 9, 1:1 Martin Ojeda - 60, 2:1, Cozef Peynsil - 67.
Qeyd edək ki, Liqa Kuboku 2019-cu ildən MLS (ABŞ və Kanada) və Liga MX (Meksika) klubları arasında keçirilən Şimali Amerika futbol turniridir. Keçən mövsümdə turnirin qalibi "Colambus Kryu" olub.
İdman.biz