Baqali Dabo "Neftçi"yə səslənib: "Fürsətlərdən maksimum yararlanmalısınız"

Xəbərlər
25 Avqust 2025 10:46
40
Baqali Dabo "Neftçi"yə səslənib: "Fürsətlərdən maksimum yararlanmalısınız"

"Komandanın oyunlarını tam izləyə bilmirəm. Amma icmallara mütləq baxıram".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq futbolçusu Baqali Dabo deyib.

37 yaşlı keçmiş forvard "ağ-qaralar"ın cari mövsümün iki turundakı çıxışı ilə bağlı danışıb: "Komandanın son oyununa xüsusi toxunmaq istəyirəm. Hücumçu (red: Bassala Sambunu) qapıçının çarəsiz qaldığı epizodda fərqlənə bilmədi. Mövsümün ilk matçlarında fürsətlərdən maksimum yararlanmalısınız".

Fransalı sabiq oyunçu "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov haqqında da danışıb: "Düşünürəm ki, bir mütəxəssis klubda uğur qazanıbsa, ona şans vermək lazımdır".

Qeyd edək ki, "Neftçi" ilk turda "Şamaxı" ilə (1:1), ikinci turda "İmişli" ilə heç-heçə edib. Baqali Dabo 2018-2020-ci illərdə paytaxt klubunda çıxış edib.

İdman.biz