Albaniya çempionatının ikinci bombardiri "Traktor"da

Xəbərlər
24 Avqust 2025 18:35
41
Albaniya çempionatının ikinci bombardiri "Traktor"da

İran çempionu "Traktor" heyətini albaniyalı hücumameylli yarımmüdafiəçi Regi Luşkya ilə gücləndirib.

İdman.biz xəbər verir ki, 29 yaşlı futbolçu ötən mövsüm “Eqnatia”nın heyətində 16 qolla yadda qalıb və Albaniya çempionatının ikinci bombardiri olub.

Luşkya cari mövsümdə UEFA Çempionlar Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində 5 oyunda 3 qol və 1 assist göstəricisi ilə çıxış edib.

İdman.biz

Məqalədə: