“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının liqa mərhələsində “Arsenal”la keçiriləcək oyun ərəfəsində səhhətində yaranan problem səbəbindən komandanın hazırlığında iştirak etməyəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
“Vensan Kompani virus infeksiyası səbəbindən sağalmaq üçün bu gün keçiriləcək məşqi və mətbuat konfransını buraxacaq”, – deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, “Bavariya” - “Arsenal” qarşılaşması oktyabrın 21-də Münhendə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
