“Borussiya Dortmund” Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək qarşılaşmaya son dərəcə ağır səfər qrafikindən sonra çıxacaq.
İdman.Biz Almaniyanın “Welt” nəşrinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi Norveç, Berlin və Bakı səfərləri nəticəsində yeddi gün ərzində təxminən 11 min 300 kilometr yol qət edib.
Niko Kovaçın komandası ötən həftə Çempionlar Liqasında Norveçin “Budyo-Qlimt” klubuna 0:1 hesabı ilə məğlub olub, daha sonra Bundesliqada “Union Berlin”lə qolsuz heç-heçə edib. Bakıya səfər isə Almaniya təmsilçisinin intensiv səyahət həftəsini tamamlayacaq.
Artıq üç rəsmi oyundur qələbə qazana bilməyən “Borussiya” Azərbaycan paytaxtında uğursuz seriyaya son qoymağa çalışacaq. Dortmundlular ayağındakı bağ zədəsinə görə yunanıstanlı hücumçu Konstantinos Karetsasın xidmətindən yararlana bilməyəcəklər.
Almaniya nəşri “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edərək tarixində turnirdə ilk qələbəsini qazandığını da xatırladıb.
Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
