Joze Mourinyodan şərhçilərə atmaca: "Onlar hər şeyi başqa cür görürlər"

Xəbərlər
24 Avqust 2025 14:26
51
Joze Mourinyodan şərhçilərə atmaca: "Onlar hər şeyi başqa cür görürlər"

Türkiyə Superliqasının üçüncü həftəsində "Fənərbaxça" öz meydanında "Kocaelispor"u 3:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo matçdan sonra açıqlamasında komandasının daha çox qol vura biləcəyini deyib.

"Bu gün 5-6 qol vura bilərdik. İlk dəqiqədən oyunda üstün idik. Fasilədədən əvvəl 3-4 qol vura bilərdik. Çox üstün idik. Haqq etdiyimizdən daha az fərqlə qalib gəldik", - deyə baş məşqçi bildirib.

Mourinyo həmçinin sosial media və televiziya şərhçilərinə də eyham vurub: "Bu gün çox yaxşı idik, amma bəlkə sosial media və televiziyadakı şərhşilər mənimlə razılaşmayacaqlar. Onlar hər şeyi başqa cür görürlər".

İdman.biz