İspaniyanın “Atletiko” futbol klubu İngiltərənin “Arsenal” komandasının hücumçusu Viktor Dyokereşi transfer etməkdə maraqlıdır.
İdman.Biz “Teamtalk” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı isveçli futbolçu cari mövsümdə kifayət qədər oyun vaxtı əldə etmədiyi üçün komandasını dəyişmək imkanını nəzərdən keçirir.
Madrid təmsilçisi hücumçunun karyerasını davam etdirə biləcəyi əsas variantlardan biridir. Bununla yanaşı, İngiltərə Premyer Liqasının bir neçə klubu da Dyokereşin vəziyyətini diqqətlə izləyir.
İsveçli hücumçu cari mövsümdə İngiltərə çempionatında üç qarşılaşmada iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Futbolçunun “Arsenal”la müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir. Buna baxmayaraq, onun qış transfer pəncərəsində London təmsilçisindən ayrılması istisna edilmir.
Qeyd edək ki, “Transfermarkt” portalı Dyokereşin bazar dəyərini 55 milyon avro (109 milyon AZN) qiymətləndirir.
