Estoniyalı qapıçı London "Arsenal"ından Bundesliqaya gedib

Xəbərlər
23 Avqust 2025 14:10
34
Estoniyalı qapıçı London "Arsenal"ından Bundesliqaya gedib

FIFA reytinqində 126-cı yerdə qərarlaşan Estoniya futbol millisinin qapıçısı Karl Hein klubunu dəyişib.

İdman.biz xəbər verir ki, 23 yaşlı qolkiper London "Arsenal"ından icarə əsasında Bundesliqa təmsilçisi “Verder”ə keçib.

Heyn ötən mövsümü icarə əsasında “Valyadolid”də keçirib. Estoniyalı qapıçı La Liqada 31 oyun keçirib və qapısından 68 top buraxıb.

Qeyd edək ki, Heyn 2018-ci ildən "Arsenal"ın üzvüdür və əsas komandada oynamasa da, London klubunun gənclər komandasında çıxış edib.

İdman.biz

Məqalədə: