Semenyo azarkeşlərə təşəkkür üçün original addım atıb - FOTO

Xəbərlər
11 Yanvar 2026 11:50
51
Semenyo azarkeşlərə təşəkkür üçün original addım atıb - FOTO

“Bornmut” klubundan “Mançester Siti”yə transfer olunan Antuan Semenyo keçmiş komandasının azarkeşlərinə təşəkkür etmək üçün maraqlı addım atıb.

İdman.Biz xəbər verir ki, qanalı futbolçu “Bornmut”da nəşr olunan yerli qəzetlərdən birində tam səhifə alaraq klubun azarkeşlərinə xüsusi mesaj ünvanlayıb.

Semenyo reklam səhifəsində “Bornmut” fanatlarına təşəkkür edib və onlara gələcək üçün ən xoş arzularını çatdırıb.

Futbolçu mesajında belə yazıb: “Bornmut” fanatlarına bütün xatirələr üçün təşəkkür edirəm, sizə hər şeyin ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, Antuan Semenyo bu qış transfer pəncərəsində “Bornmut”dan ayrılaraq “Mançester Siti”yə keçib və bununla da karyerasında yeni mərhələyə qədəm qoyub.

İdman.Biz