Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə “Qarabağ” Futbol Akademiyasında “Hakimlik məsələləri və oyun qaydaları” mövzusunda seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, seminar U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları üçün keçirilib.
Tədbirin əsas məqsədi iştirakçıları 2026-cı il mövsümündən qüvvəyə minəcək yeni futbol qaydaları ilə yaxından tanış etmək, bu qaydaların mahiyyətini aydın və praktik şəkildə izah etmək olub.
İnteraktiv formatda baş tutan seminarda oyun qaydalarındakı yeniliklər real oyun epizodları üzərindən şərh edilib, futbolçuların sualları cavablandırılıb və meydanda düzgün qərarvermənin önəmi xüsusi vurğulanıb.
