“El-Klasiko”dan sonra qərar verilə bilər

Xəbərlər
11 Yanvar 2026 13:05
61
“El-Klasiko”dan sonra qərar verilə bilər

Bu gün İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı böyükhesablı məğlubiyyət “Real Madrid”in baş məşqçisi Xabi Alonsonun vəzifədən göndərilməsi ilə nəticələnə bilər.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi nəticədən asılı olaraq baş məşqçi postu ilə bağlı ciddi qərar verməyi nəzərdən keçirir.

Məlumata görə, xüsusilə prinsipial “El-Klasiko”da ağır məğlubiyyət Alonsonun mövqeyini xeyli zəiflədə bilər.

Qeyd olunur ki, rəhbərlik həm oyunun nəticəsinə, həm də komandanın meydandakı oyun səviyyəsinə xüsusi diqqət yetirəcək. Əgər “Real Madrid” rəqibinə qarşı zəif təsir bağışlasa və böyük hesabla uduzsa, dəyişiklik ehtimalı yüksək qiymətləndirilir.

“Barselona”nın baş məşqçisi isə Hansi Flik isə öz layihəsini gücləndirməyə çalışır.

İdman.Biz