Azərbaycanın Birinci Liqasında mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, millinin sabiq futbolçusu Bəxtiyar Soltanov paytaxt təmsilçisinin baş məşqçisi təyin olunub.
Bununla bağlı qərar ötən gün verilib.
Qeyd edək ki, “Baku Sportinq” bundan əvvəl baş məşqçi Samir Ələkbərovla yollarını ayırıb. Komanda Birinci Liqada altı turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
