“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 250-ci oyununu keçirdi

26 Oktyabr 2026 11:46
110
“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 250-ci oyununu keçirdi

Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb.

“Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəlib.

2020-ci ilin iyulundan “Zirə”də işləyən R.Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i Azərbaycan Kuboku, 16-sı avrokubok matçı olub.

Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə”də debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.

İdman.Biz