“İmişli” Misli Premyer Liqasında yubiley qələbəsini qazandı

26 Oktyabr 2026 11:33
112
“İmişli” Misli Premyer Liqasında yubiley qələbəsini qazandı

Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Premyer Liqada ikinci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib - 2:1.

İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan ikisi ev, səkkizi səfər oyununda əldə olunub.

“İmişli” turnirin tarixinə ən azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komandanın ilk uğuru 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçına təsadüf edib – 1:0.

İdman.Biz
Məqalədə: