“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

26 Oktyabr 2026 11:50
110
“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turu “Turan Tovuz” üçün əlamətdar olub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Neftçi” ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub.

74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb.

Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə “Qəbələ”yə qarşı olub – 0:2.

İdman.Biz
Məqalədə: