“Sabah” 10 mövsümün rekordunu təkrarladı

26 Oktyabr 2026 11:37
118
“Sabah” 10 mövsümün rekordunu təkrarladı

Misli Premyer Liqasının cari mövsümündə “Sabah” müdafiə baxımından diqqətçəkən göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Paytaxt təmsilçisi ilk səkkiz oyunda cəmi bir qol buraxaraq Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarında bu, beşinci belə haldır. Sonuncu dəfə 2016/2017 mövsümündə “Qəbələ” ilk səkkiz matçda yalnız bir qol buraxıb.

Bu göstəriciyə ilk dəfə 2001/2002 mövsümündə “Neftçi” nail olub. Daha sonra, altı il sonra AZAL, doqquz il sonra isə “Xəzər Lənkəran” həmin nəticəni təkrarlayıb.

Beləliklə, səkkiz oyunda orta hesabla cəmi 0,125 qol buraxan “Sabah” son 10 mövsümdə bu uğura imza atan ilk komanda olub.

İdman.Biz