“Gəncəbasar”ın müdafiəçisi: “Məqsədimiz liderliyi qorumaqdır”

26 Oktyabr 2026 14:27
114
“Gəncəbasar”ın müdafiəçisi: “Məqsədimiz liderliyi qorumaqdır”

“Zaqatala” oyununda qeydə alınan hesab komandanın həftə boyu çəkdiyi əziyyətin nəticəsidir. Baş məşqçinin verdiyi tapşırıqları mümkün qədər yaxşı yerinə yetirməyə çalışdıq”.

Bu sözləri Azərbaycan Birinci Liqasının altıncı turunda “Zaqatala” üzərində qazanılan 7:0 hesablı böyükqələbədən sonra “Gəncəbasar”ın müdafiəçisi Emil Bayramov deyib.

Gəncə təmsilçisinin arxa xətt oyunçusu qazanılan darmadağınlı zəfəri, liderlik pilləsinə yüksəlmələrini və qarşıdakı çətin təqvimi diqqətə çatdırıb:

“Əlbəttə, lider mövqeyində olmaq çox xoşdur. Komandamızın öz məqsədi var. İndi bizdən tələb olunan birinci pillədəki yerimizi qorumaqdır. Buna yalnız əzmkarlıq və çalışqanlıq hesabına nail ola bilərik. Qarşıdakı oyunlar bizim üçün böyük sınaq olacaq. Təqvim elədir ki, irəlidəki matçlarda turnir cədvəlinin üst pillələrində mövqe tutan komandalarla qarşılaşmalıyıq. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. İnanıram ki, daha səylə çalışıb bu oyunlarda yaxşı nəticələr qazana bilərik”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

İdman.Biz