İngiltərənin “Mançester Yunayted” komandasının rəhbərliyi yarımmüdafiə xəttində mümkün dəyişikliklər fonunda Koul Palmeri Bruno Fernandeşin alternativi kimi nəzərdən keçirir.
İdman.Biz “Footballtransfers”ə istinadla xəbər verir ki, klub daxilində Palmerlə bağlı ilkin müzakirələr aparılıb və “Çelsi”nin futbolçunun satışını ciddi maliyyə təklifi qarşılığında istisna etmədiyi bildirilir.
Məlumata görə, 31 yaşlı portuqaliyalı yarımmüdafiəçinin gələcəyi hələ tam aydın olmadığı üçün mankunianlar orta xətti gücləndirə biləcək variantları dəyərləndirirlər. Bu kontekstdə Palmer əsas namizədlərdən biri hesab olunur.
Cari mövsümdə Palmer bütün turnirlərdə 12 oyuna çıxıb və dörd qol vurub. Onun “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən futbolçunun bazar dəyəri 120 milyon avro (240 milyon AZN) təşkil edir.
