Futbol üzrə Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək “Qarabağ”ın oyuna hansı itkilərlə çıxacağı bəlli olub.
“Köhlənlər”in mətbuat xidmətindən fanat.az-a verilən məlumata görə, komandanın heyətində cəzalı futbolçu yoxdur.
Artıq yüngül məşqlərə başlayan sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin isə “kimyaçılar”la matçı buraxacağı bildirilib.
Qeyd edək ki, “Qarabağ” - “Sumqayıt” matçı noyabrın 28-də keçiriləcək. “Azersun Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək. Hazırda 20 xalı olan “Qarabağ” turnir cədvəlinin dördüncü, 10 xala malik “Sumqayıt” isə onuncu pilləsində qərarlaşıb.
