“Sabah” “Şamaxı”nın qapısından iki cavabsız top keçirdi

11 Yanvar 2026 18:30
208
“Sabah” “Şamaxı”nın qapısından iki cavabsız top keçirdi

Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları arasında keçirilən yoxlama oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun Premyer Liqanın lideri "Sabah"ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla turnir cədvəlində birincidir. "Şamaxı" isə 20 xalla yeddinci pillədə qərarlaşıb.

13:20

Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən “Sabah” və “Şamaxı” bu gün yoxlama oyununda üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək və oyun saat 16:00-da start götürəcək. Bu, hər iki komanda üçün cari qış hazırlıq mərhələsində ilk yoxlama matçı olacaq.

Qeyd edək ki, “Şamaxı” yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 Azərbaycan millisi ilə də qarşılaşacaq. “Sabah” klubunun isə hələlik digər yoxlama oyunları üçün rəqibi açıqlanmayıb.

İdman.Biz
Məqalədə: