Azərbaycanın U-17 millsinin oyunlarının vaxtı müəyyənləşib

Xəbərlər
22 Avqust 2025 17:24
31
Azərbaycanın U-17 millsinin oyunlarının vaxtı müəyyənləşib

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

İdman.biz xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.

Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.

İdman.biz