"Qarabağ"dan ayrılan futbolçu yenidən Xorvatiyada - VİDEO

22 Avqust 2025 17:18
157
"Qarabağ"dan ayrılan futbolçu yenidən Xorvatiyada - VİDEO

"Qarabağ"dan ayrılan Marko Veşoviç karyerasını Zaqreb "Lokomotiv"ində davam etdirəcək.

İdman.biz xəbər verir ki, 33 yaşlı cinah müdafiəçisi daha əvvəl də Xorvatiya çempionatında çıxış edib.

Monteneqrolu futbolçu 2014-2018-ci illərdə "Riyeka"nın formasını geyinib.

Daha sonra Polşa "Legiya"sında çıxış edən Veşoviç 2021-2025-ci illərdə "Qarabağ"ın uğurları üçün çalışıb.

İdman.biz