Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

Xəbərlər
20 Avqust 2025 13:14
63
Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

Futbol üzrə Azərbaycan I Liqasında 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Püşkün nəticəsinə əsasən, ilk turda qarşılaşacaq komandalar bəlli olub.

I turda 5 oyun baş tutacaq:

"Zaqatala" - "Cəbrayıl"

"Şəfa - "Şimal"

MOİK - "Şahdağ Qusar"

"Baku Sportinq" - "Difai"

"Səbail" - "Mingəçevir"

Qeyd edək ki, çempionata sentyabrın 11-də start veriləcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.

İdman.biz