"Qarabağ" - "Şkendiya" matçına satılan bilet sayı açıqlanıb

Xəbərlər
12 Avqust 2025 16:51
50
"Qarabağ" - "Şkendiya" matçına satılan bilet sayı açıqlanıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, matça 25 min bilet satılıb.

Görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, səfərdə keçirlən ilk oyunda "Qarabağ" qələbə qazanıb - 1:0.

İdman.biz

Məqalədə: