Renat ehtiyatda qalıb, komandası 1 xal qazanıb

Xəbərlər
11 Avqust 2025 23:07
40
Renat ehtiyatda qalıb, komandası 1 xal qazanıb

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Motor" 4-cü turda "Lexiya"nın qonağı olub.

Qdansk şəhərində keçirilən qarşılaşma məhsuldar alınıb. 3:3 hesabı ilə başa çatan görüşə Renat ehtiyat oyunçular skamyasında start verib. Dadaşov 80-ci dəqiqədə meydana çıxmaq şansı qazanıb. O, fərqlənə bilməyib.

Qeyd edək ki, "Motor" 3 matçdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz