Cavid Hüseynovun yeni İŞ YERİ

Xəbərlər
11 Avqust 2025 16:59
45
Cavid Hüseynovun yeni İŞ YERİ

Cavid Hüseynov yeni iş yeri müəyyənləşib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis I Liqa klubunu çalışdıracaq.

Yeni mövsümdə I Liqanın iddialılarından olacağı gözlənilən "Şəfa" Hüseynovu "sükan arxasına" dəvət edib. Yaxın günlərdə onun təyinatı ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Hüseynovun son klubu ötən mövsüm elitanı tərk edən "Səbail" olub.

İdman.biz