İlk turda qarşılaşacaq komandalar YOXLAMA OYUNUNDA

Xəbərlər
31 İyul 2025 11:33
47
İlk turda qarşılaşacaq komandalar YOXLAMA OYUNUNDA

Bu gün "Kəpəz" və "Sumqayıt" futbol komandaları yoxlama matçında üz-üzə gələcəklər.

İdman.biz xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Qarşılaşma hər iki komanda üçün Azərbaycan Premyer Liqasında yeni mövsüm öncəsi hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, bu komandalar avqustun 15-də start götürəcək növbəti ölkə çempionatının ilk turunda qarşılaşacaqlar.

İdman.biz

Məqalədə: