“Neftçi” Yunanıstan klubu ilə üz-üzə

Xəbərlər
27 İyul 2025 16:55
38
“Neftçi” Yunanıstan klubu ilə üz-üzə

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.

İdman.biz xəbər verir ki, bu gün paytaxt klubu Polşadakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

Komandanın rəqibi Yunanıstanın “Asteras” klubu olacaq. Oyun Polşanın Kielce şəhərindəki "Pilkarski" stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Tərəflərin razılığı ilə matç yayımlanmayacaq.

Qeyd edək ki, bundan əvvəl “Neftçi” İsrailin “Hapoel” (1:1) və Polşanın “Termalika” (2:2) klubları ilə bərabərə qalıb. "Ağ-qaralar" sonuncu yoldaşlıq görüşünü avqustun 1-də Kiprin AEL klubu ilə keçirəcək.

İdman.biz