Samir Əliyev: "İnanmıram ki, İrlandiya təmsilçisi "Qarabağ"a ciddi çətinlik yaratsın"

Xəbərlər
22 İyul 2025 12:03
49
Samir Əliyev: "İnanmıram ki, İrlandiya təmsilçisi "Qarabağ"a ciddi çətinlik yaratsın"

"Qarabağ"ın illərdir avrokubokların qrupunda çıxış etdiyini nəzərə alsaq, azarkeşlər və mütəxəssislər tərəfindən Ağdam təmsilçisinin cütün favoriti hesab olunması başa düşüləndir".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Qarabağ" matçından gözləntilərini bölüşüb: "Hər kəs "Qarabağ"ın "Şelburn"u keçəcəyinə inanır. Qurban Qurbanovun rəqibin son avrokubok oyununu canlı izləməsi matça necə ciddi hazırlaşdığının göstəricisidir. İnanmıram ki, İrlandiya təmsilçisi "Qarabağ"a ciddi çətinlik yaratsın. Baxmayaraq ki, tamam başqa oyun üslubunda oynayırlar, əsasəndə atletik futbola üstünlük verirlər. Sadəcə, illərdir "Qarabağ"ın avrokuboklarda tədricən forma yığdığının şahidi oluruq. "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında ilk və rəqibin ikinci matçına çıxmasına baxmayaraq, ümid edirik və inanırıq ki, "Qarabağ" növbəti mərhələyə adlayacaq".

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" qarşılaşması iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 29-da Bakıda baş tutacaq.

İdman.biz