"Araz-Naxçıvan"ın rəqibi "Jirona"dan futbolçu icarəyə götürüb

Xəbərlər
21 İyul 2025 23:16
37
"Araz-Naxçıvan"ın rəqibi "Jirona"dan futbolçu icarəyə götürüb

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman xəbər verir ki, komanda Qabriel Misehouyu "Jirona"dan icarəyə götürüb.

Niderlandlı futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Qabriel "Aris"də 26 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.

İdman.biz