"Qalatasaray"da oynamış futbolçu "Araz-Naxçıvan"ın rəqibinə keçib

Xəbərlər
19 İyul 2025 23:25
43
"Qalatasaray"da oynamış futbolçu "Araz-Naxçıvan"ın rəqibinə keçib

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferini rəsmiləşdirib.

İdman xəbər verir ki, Saloniki klubu rumıniyalı Olimpiu Morutanla heyətini gücləndirib.

Tərəflər 3 illik müqavilə imzalayıb. Vaxtilə "Qalatasaray"a böyük ümidlərlə transfer olunan 26 yaşlı yarımmüdafiəçi son mövsümü İtaliyanın "Piza" klubunda keçirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.

İdman.biz