Aleksandr Ramalinqom yenidən Azərbaycan klubunda

Xəbərlər
16 İyul 2025 16:50
75
Aleksandr Ramalinqom yenidən Azərbaycan klubunda

"Sumqayıt" yeni hücumçu ilə güclənib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, "kimiyaçılar" ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu Azərbaycana qaytarıb.

İddialı heyət qurmaq istəyən "gənclik şəhəri" təmsilçisi Maqadaskar yığmasının forvardı ilə 1+1 illik müqavilə imzalayıb.

Ramalinqom 2022-2023-cü illərdə "Səbail"də çıxış edib və bu müddət ərzində 17 qol və 1 qol ötürməsinə imza atıb.

O, ölkəmizdən gedəndən sonra karyerasını İsraildə davam elətdirib.

32 yaşlı ön xətt oyunçusu "Bney Saxnin"ə üz tutub və ə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. İndi də bura da azad ajent statusu ilə geri dönüb.

İdman.biz