Rahil Məmmədov: "Azərbaycanlı futbolçu kiməsə lazımdırmı?" - MÜSAHİBƏ

Müsahibə
12 İyul 2025 14:34
110
Rahil Məmmədov: "Azərbaycanlı futbolçu kiməsə lazımdırmı?" - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Sport24.az-a müsahibəsi

- Yeni mövsümdə karyeranla bağlı planların nədir? Polşa təmsilçisi "Radomyak" işlər niyə istədiyin kimi alınmadı?

- "Radomyak"la müqaviləm davam edir. Yaxşı təklif olsa, klubumu dəyişəcəyəm. Siz də bilirsiniz ki, baş məşqçi məni oynatmadı. Heç nə olmasa da, 1 illik sözləşməm qalıb. Ora gedəcəyəm və işimi görəcəyəm.

- Sənin "Radomyak"dan ayrıldığın mətbuatda yazılmışdı...

- Xeyr. Polşa klubundan ayrılmamışam. Yazılanlar səhv məlumatdır.

- Klubda qalmaq ehtimalın nə qədərdir?

- Futbolsuz qalmayacağam. Bildiyiniz kimi Azərbaycanda da legioner limiti ləğv olunub. Azərbaycanlı futbolçu kiməsə lazımdırmı? Bilmirəm.

- Yerli klublarımızdan təklifin varmı?

- Hələlik bu məsələyə toxunmaq istəmirəm. Hər şey ola bilər. Polşada qala və ya ölkəmə qayıda bilərəm. Yenə xatırladıram. Klubumla birillik müqaviləm qalır.

- Yığmadakı komanda yoldaşın Renat Dadaşovun "Radomyak"dan ayrılmasını necə qarşıladın?

- O, altı aylıq müqavilə imzalamışdı. Sözləşməsi bitəndən sonra da vidalaşdı.

- Ona yeni müqavilə təklif olunmadı?

- Bilmirəm. Bu, onun agentinin və özünün şəxdi işidir.

- Renatla münasibətiniz necə idi?

- Münasibətimiz var. Amma karyerası ilə bağlı məlumatım olsa da, demərəm.

- Polşanın başqa klublarından birinə keçə bilərsənmi?

- Bunu əvvəlcədən deyə bilmərəm. Yaxşı təklif olsa, dəyərləndirmək mümkündür. Bəlkə Azərbaycandan yaxşı təklif aldım. Hələlik karyeramla bağlı məsələlər açıq qalıb.

İdman.biz