"Düz 8 il əvvəl "Qarabağ"la müqavilə bağlamışam. Bu, həqiqətən gözəl iki il idi”.
İdman.biz xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçaka məxsusdur.
39 yaşlı polşalı müdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycan klubuna gəlişinin və buradakı uğurlarını xatırlayıb: “Çempionlar Liqasında, sonra Avropa Liqasında yüksəliş. İki Azərbaycan çempionluğu və bir ölkə kuboku! Ancaq bilirsiniz ən çox nəyi xatırlayıram? Mən orada tanış olduğum insanları istər futbolda, istərsə də şəxsi həyatda sevirəm. Bu günə kimi onların çoxu ilə əlaqə saxlayıram. Təşəkkür edirəm. Bakı və "Qarabağ" həmişə mənim qəlbimdə yer alacaq!".
Qeyd edək ki, Jezniçak 2017-19-cu illərdə "Qarabağ"da oynayıb.
İdman.biz