“Turan Tovuz” Türkiyəyə yollanıb

Xəbərlər
7 İyul 2025 10:22
48
“Turan Tovuz” Türkiyəyə yollanıb

“Turan Tovuz” təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.

İdman.biz xəbər verir ki, hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının növbəti mərhələsi iyulun 24-dən – avqustun 6-dək Boluda baş tutacaq.

İdman.biz