"Sabah"ın keçmiş baş məşqçisi ən yaxşı seçilib

Xəbərlər
28 İyun 2025 14:13
45
"Sabah"ın keçmiş baş məşqçisi ən yaxşı seçilib

2021-2024-cü illərdə "Sabah"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqası tərəfindən 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib.

İdman.biz xəbər verr ki, 41 yaşlı rusiyalı mütəxəssis səsvermənin final mərhələsində Marko Nikoliç (MOİK) və Zaur Tedeyevlə ("Akron") mübarizə aparıb.

2024-cü ilin martından karyerasında ikinci dəfə "Krasnodar"ı çalışdırmağa başlayan Musayev komandaya tarixində ilk dəfə Rusiya çempionluğunu qazandırıb.

İdman.biz