Futbol üzrə İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.
İdman.biz xəbər verir ki, buna komandasının AVRO-2024-ə vəsiqə qazana bilməməsi səbəb olub.
2016-cı ildən İsveç yığmasının “sükanı arxası”nda olan mütəxəssis Azərbaycanın da yer aldığı F qrupunu üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Anderssonun komandası noyabrın 16-da Bakıda keçirilən oyunda Azərbaycana 0:3 hesabı ilə məğlub olub. Turun son görüşündə isə İsveç evdə Estoniyaya qalib gəlib (2:0), lakin bu qələbə komandanın yekun nəticəsinə müsbət təsir göstərməyib.
İdman.biz