Yamal Çempionlar Liqasında Mbappenin rekordunu qırdı - VİDEO

9 Sentyabr 2026 23:15
89
Yamal Çempionlar Liqasında Mbappenin rekordunu qırdı

“Barselona”nın futbolçusu Lamin Yamal 20 yaşı tamam olmayan oyunçular arasında Çempionlar Liqasının məhsuldarlıq göstəricilərinə görə yeni rekord müəyyənləşdirib.

İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu turnirin ümumi mərhələsinin birinci turunda “Feyenoord”la oyunda Rafinyaya məhsuldar ötürmə etməklə yanaşı həm də qol vurub.

Bununla da Yamalın Çempionlar Liqasında 20 yaşı tamam olana qədərki məhsuldarlıq göstəricisi 22-yə çatıb. O, bu müddətdə 12 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal bu göstəricidə Kilian Mbappeni geridə qoyub. Fransalı hücumçu 20 yaşına qədər Çempionlar Liqasında 20 məhsuldar hərəkətə imza atıb – 13 qol və 7 məhsuldar ötürmə.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının ümumi mərhələsində Bakının “Sabah” klubunun rəqibidir. Komandalar noyabrın 25-də qarşılaşacaqlar.

İdman.Biz