Elvin Yunuszadə: “Danışıq apardığım klublar var”

Xəbərlər
27 İyun 2025 16:53
41
Elvin Yunuszadə: “Danışıq apardığım klublar var”

“Qəbələ” ilə ilkin danışığımız olmuşdu. Lakin bəzi nüanslara görə anlaşa bilmədik. Ona görə də belə qərara gəldik ki, yollarımızı ayıraq”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında Elvin Yunuszadə deyib.

Bu gün “Qəbələ” ilə vidalaşan mərkəz müdafiəçisi bölgə təmsilçisində keçirdiyi müddətə də toxunub. 32 yaşlı futbolçu bu bir ili karyerasında dəyərli və yadda qalan mərhələ kimi qiymətləndirib: “Bu bir il mənim üçün çox yaxşı keçdi. Komandanın oynadığı oyunların 90 faizində iştirak etdim. Əldə etdiyimiz nəticələr və sərgilədiyimiz müdafiə performansı məni qane edir. Xüsusilə ilk 16 turda qol buraxmamağımız bir komanda olaraq necə intizamlı və oturuşmuş oyuna sahib olduğumuzu göstərirdi. Ümumilikdə forma geyindiyim 22 oyunun 19-da qapımız toxunulmaz qaldı. Bu, müdafiəçi üçün çox önəmli göstəricidir və öz oyunumdan məmnunam”.

Gələcək karyera planlarına da toxunan Elvin bir neçə yerli klubla təmasda olduğunu bildirib. Bununla yanaşı, ölkə xaricində oynamaq ehtimalını da istisna etməyib: “Hazırda danışıq apardığım bəzi yerli klublar var. Yaxın günlərdə hansı komandaya qoşulacağım dəqiqləşəcək. Əgər ölkə xaricindən də maraq göstərilərsə və bu, karyeram baxımından uyğun olarsa, əlbəttə, dəyərləndirəcəyəm. Amma ən önəmlisi odur ki, mənim üçün xeyirlisi nədirsə, o da olsun”.

İdman.biz